VI Aleksandr

VI Aleksandr
lat. Alexander PP. VI
ƏvvəlkiVIII İnnokent
SonrakıIII Piy
Şəxsi məlumatlar
Doğum tarixi güm. 1 yanvar 1431[1][2]
Vəfat tarixi 18 avqust 1503[3][1] (72 yaşında)
Vəfat yeri
Vəfat səbəbi malyariya[2]
Təhsili
Fəaliyyəti katolik keşişi[d]
Atası Cofri Lançol Eskriv
Anası İzabella Borciya
Uşaqları Pyer Luici Borciya
Covanni Borciya
Çezare Borciya
Lukreziya Borciya
Cofri Borciya
Ailəsi Borgia ailəsi
Dini Roma-Katolik kilsəsi[4]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəbərdarlıq: Vəzifəli şəxs şablonunu naməlum parametrlə işlədən səhifə. Naməlum parametr: "hakimiyyət müddəti" (bu yazı yalnız sınaq görünüşündə görünür.).

VI Aleksandr (ing. Pope Alexander VI) və ya Rodriqo Borciya (isp. Rodrigo de Borja) (güm. 1 yanvar 1431[1][2]18 avqust 1503[3][1], Roma, Papa dövləti) — Roma papası.

Araqon krallığına bağlı Xativa şəhərində məşhur Borciya ailəsində dünyaya gəldi. Bolonya Universitetində təhsilini tamamlamasının ardından dekan olaraq kilsə xidmətinə başladı. 1455-cı ildə dayısının III Kalliks adıyla Roma papası seçilməsinin ardından öncə kardinal, bir il sonra Roma-katolik kilsəsinin vitse-kansleri oldu. Dayısından sonra gələn 4 papanın dövründə də bu vəzifəsində qaldı və bu müddət ərzində kilsə daxilində nüfuz və var-dövlət qazandı. 1492-ci ildə VI Aleksandr adını alaraq Roma papası seçildi.

1493-cü ildə yazdığı fərmanlarla İspaniyanın Yeni Dünya üzərindəki nüfuzunu təsdiqlədi. Bunda əsas məqsədi isə Fransaya qarşı ispanların ittifaqını qazanmaq idi. İtaliya müharibəsi boyunca VI Aleksandr Fransa kralına kondottiyeri olaraq göndərdiyi oğlu Çezare Borciyanı dəstəklədi. Xarici siyasətdəki əsas məqsədi isə öz ailəsinin mənafeyini qorumaq idi.

Öz məşuqələrindən doğulan övladlarını rəsmi şəkildə öz adına qəbul etməsi səbəbilə VI Aleksandr İntibah dövrünün ən müzakirəli Roma papası oldu. Nəticədə onun sonradan italyanlaşdırılan Borciya soyadı əxlaqsızlıq və nepotizmin simvoluna çevrildi. Buna baxmayaraq xələflərindən ikisi - V SikstVIII Urban onu Müqəddəs Pyotrdan sonrakı ən görkəmli Roma papası kimi tərənnüm etdi.

  1. 1 2 3 4 Library of Congress Authorities (ing.). Library of Congress.
  2. 1 2 3 Picotti G. B. ALESSANDRO VI, papa // Dizionario Biografico degli Italiani (it.). 1960. Vol. 2.
  3. 1 2 https://web.archive.org/web/20161205171607/http://webdept.fiu.edu/~mirandas/bios1456.htm#Borja.
  4. Catholic-Hierarchy.org (ing.). USA: 1990.

Developed by StudentB